Həmyerlimiz Cavid İmamverdiyevin komandasında ayrılıqlar davam edir. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Elazığspor”da baş məşqçi Ümit Özatın istefasından sonra, indi də 3 futbolçu klubdan uzaqlaşıb.
Komandanın prezidenti Səlcuq Öztürk mətbuat konfransında həmin oyunçularla telefon əlaqəsinin ardından onların işinə son qoyulub. Bunlar qapıçı Ferhat Odabaşı, Mehmet Çakır və Eren Aydındı. Baş məşqçi postuna isə PTT I liqasının sonuna 6 tur qalmış Bayram Bektaş gətirilib. Onunla hələlik mövsüm bitiminə kimi müqavilə imzalanıb.
Xatırladaq ki, “Elazığspor”un futbolçuları son turda “Denizlispor”la oyundan öncə məşqə və matça çıxmaqdan imtina etmişdi. Yalnız son anda bu boykot qərarı ləğv edilmişdi. Bütün bu gərginliklərə səbəb komandada maliyyə böhranının yaşanması və oyunçuların uzun müddətdən bəri maaşlarını almaması olub.