Cavid İmamverdiyevin komandası kubokla vidalaşdı
05.11.2014 - 21:30
Türkiyə kubokunda III turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşacaq millinin heyətinə çağırılan Cavid İmamverdiyevin komandası "Elazığspor" bu gün "Balcova Yasamsporla qarşılaşıb.
Bir oyundan ibarət olan matçda meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb. Bununla da Cavidin komandası kubokla vidalaşıb.
Qeyd edək ki, Cavid meydana start heyətində çıxıb. O, 90 dəqiqə mübarizə aparıb.
0
0