Çempion olsa, avtomobilini azarkeşə hədiyyə edəcək
18.05.2015 - 21:34
“Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo maraqlı iddia ilə gündəmə gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən mlumatına görə, Melo “Qalatasaray”la birlikdə çempion olacağı təqdirdə avtomobilini bir azarkeşə hədiyyə edəcək.
Bu barədə futbolçu özü sosial şəbəkə hesabından məlumat verib.
Braziliyalı yarımmüdafiəçi təxminən 300 min avro dəyərində olan avtomobilini elə sosial media üzərindən keçirəcəyi çəkilişlə təqdim edəcək.
0
0