Ronaldodan fantastik məhsuldarlıq
27.02.2014 - 09:18
İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının tarixində görünməmiş nəticəni gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı ulduz ardıcıl 3 mövsümdə ən azı 10 qol vurmağı bacaran ilk futbolçu kimi yarışın tarixinə düşüb.
1/8 final mərhələsinin Almaniya “Şalke”si ilə görüşündə dubla imza atan Ronaldo bununla, cari mövsüm vurduğu qolların sayını 11-ə çatdırıb. Kriştianu qitənin ən nüfuzlu klub turnirində ötən mövsüm 12, ondan əvvəlkində isə 10 qol vurmuşdu.
Qeyd edək ki, “Real” “Şalke” ilə qarşılaşmada 6:1 hesabı ilə qalib gəlib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0