2014-15 mövsümündə artıq 3 titul qazanan “Barselona” İngiltərənin “Arsenal” klubuna xeyir verəcək. Apasport.az saytı xəbər verir ki, Kataloniya təmsilçisi Çempionlar Liqasının qalibi olduğuna görə, londonlulara 3 milyon avro ödəyəcək.
Ötən yay “Barsa”ya transfer olunan Tomas Vermalenin müqaviləsində göstərilirdi ki, komanda ÇL-in qalibi olacağı halda, “Barselona” Vermalenə görə “Arsenal”a daha 3 milyon avro ödəməlidi.
Məhz bu səbəbdən ispanlar ingilislərə pul ödəmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, Vermalen zədəsinə görə, geridəqalan mövsümdə cəmi 1 oyunda “Barselona”nın heyətində yer alıb. La Liqanın 2014-15 mövsümünün son turunda “Deportivo” ilə matçda əsas heyətdə meydana çıxan belçikalı 63-cü dəqiqədə əvəzlənib. Çempionlar Liqasının başa çatan mövsümündə isə o, oyun keçirməyib.