Ukrayna yığmasının və “Dnepr”in yarımmüdafiəçisi Yevgeni Konoplyanka “Sevilya” ilə anlaşıb. Apasport.az saytının “Estadio Deportivo” nəşrinə istinadən məlumatına görə, ukraynalı futbolçu artıq andalusiyalılarla müqavilə imzalayıb.
Əldə olunan razılığa görə, Konoplyanka 4 il “Sevilya”nın şərəfini qoruyacaq. Müqavilə iyulun 1-dən qüvədə olacaq.
Qeyd edək ki, Avroliqanın gümüş mükafatçısı ilə Türkiyənin “Beşiktaş” və İngiltərənin “Tottenhem” klubları da maraqlanırdı. Ancaq ukraynalı “xavbek” bu komandaların daha yaxşı şərtlər təklif etmələrinə baxmayaraq, Çempionlar Liqasında çıxış etmək üçün məhz ispanları seçib.