İspaniyanın “Real” klubunun qapıçısı İker Kasilyas Çempionlar Liqasının rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin “Atletiko” ilə Madrid derbisində (0:0) qol buraxmayan ispan 51-ci dəfə meydanı qol buraxmadan tərk edib.
Bununla da İker hollandiyalı Edvin van der Sarın nailiyyətini təkrarlayıb. Hollandiya “Ayaks”ı və İngiltərə “Mançester Yunayted”ində çıxış etmiş sonuncu karyerasını bitirib. Bu üzdən də van der Sar 51-ə bərabət rekordunu yeniləmək imkanından məhrumdu. Kasilyas isə mütləq rekorda imza ata bilər.
Qeyd edək ki, İker həm də Çempionlar Liqasında ən çox oyun keçirən futbolçudu. Onun hesabında 147 oyun var.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu