Çempionlar Liqasının finalçısı "Atletiko"nun hədəfində
10.06.2015 - 19:45
Madridin “Atletiko” klubu argentinalı futbolçu Karlos Teveslə maraqlanır. Apasport.az saytının məlumatına görə, bunu “hindular”ın baş məşqçisi Dieqo Simeone də təsdiqləyib.
“AS” nəşrinə açıqlama verən argentinalı mütəxəssis həmyerlisi ilə danışıqlar getdiyini deyib:
“Mən bu danışıqlarda iştirak etmirəm, ancaq bilirəm ki, bizim klubun nümayəndələri “Yuventus”lu həmkarları ilə danışıq aparırlar. Əlbətə ki, mən sərəncamımda Teves kimi bir futbolçunun olmasını çox istərdim”.
0
0