Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyularından sonra ən yaxşı futbolçulardan ibarət rəmzi komanda müəyyənləşib. Apasport.az saytının məlumatına əsasən, həmin 11-likdə daha çox “Barselona” və “Atletiko”nun üzvləri yer alıb.
Heyət isə belədi: qapıçı (Yan Oblak, “Atletiko”); müdafiəçilər (Serxio Ramos- “Real”; Xavier Maskerano- “Barselona”, Diyeqo Qodin, Qilyerme Sikeyra- hər ikisi “Atletiko”); yarımmüdafiəçilər (Busqets- “Barselona”, Arturo Vidal- “Yuventus”, Tyaqo Alkantara- “Bavariya” ); hüçumçular (Luis Suares- “Barselona”, Cekson Martinez, Rikardo Quareşma- hər ikisi “Porto”).
Mənbə: uefa.com