Çempionlar Liqasının 2015/16 mövsümünün ilk püşkatmasına qatılacaq sonuncu komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ilk 2 təsnifat mərhələsinə qatılacaq 38-ci komanda Polşa çempionu “Lex” olub.
Poznan təmsilçisi son turda “Visla” ilə qolsuz heç-heçə edib, xal hesabını 43-ə çatdırıb. Bununla da poznanlılar 5 ildən sonra yenidən qızıl medallara sahib çıxıb. 7-ci çempionluğunu qazanan “Lex”in ən yaxın izləyicisi “Legiya” “Qurnik”i 2:0 hesabı ilə məğlub etsə də, 1 xal geri qalıb.
Qeyd edək ki, Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq “Lex” püşkatmada səpələnmişlər səbətində yer alacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
TNS (Uels), “Levadiya” (Estoniya), “Santa Koloma” (Andorra), “Pünik” (Ermənistan)
Səpələnməmişlər
“Linkoln” (Cəbəllürariq), B-36 (Farer adaları), “Kruzaders” (Şimali İrlandiya), “Folqor” (San-Marino)
II təsnifat mərhələsi
Səpələnmişlər
“Sryaua” (Rumıniya), BATE (Belarus), “Molde” (Norveç), HİK (Finladniya), “Malmö” (İsveç), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya), “Ludoqorets” (Bolqarıstan), “Maribor” (Sloveniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “QARABAĞ” (AZƏRBAYCAN), “Videoton” (Macarıstan), APOEL (Kipr), “Midtulland” (Danimarka), “Skenderbeu” (Albaniya), “Lex” (Polşa)
Səpələnməmişlər
“Ventspils” (Latviya), “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya), “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), “Dila” (Gürcüstan), “Vardar” (Makedoniya), “Fola” (Lüksemburq), “Milsami” (Moldova), “Trençin” (Slovakiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Rudar” (Monteneqro), I təsnifat mərhələsinin 4 qalibi
Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq. Təmsilçimiz ilk oyununu iyulun 14-15-də, cavab matçını 21-22-də keçirəcək.