Cəmşid Məhərrəmov oynadı, komandası lideri büdrətdi
30.04.2015 - 08:10
Cəmşid Məhərrəmov oynadı, komandası lideri büdrətdi

Türkiyə PTT I liqasında çıxış edən azərbaycanlı futbolçular Kamran Ağayevlə Cəmşid Məhərrəmovun komandaları üz-üz gəlib. Apasport.az saytının məlumatına görə, XXX tur çərçivəsində baş tutan “Adanaspor” – “Kayserispor” matçında həmyerlilərimizdən biri meydana çıxıb.

 

Kamran Ağayev zədəli olduğundan, “Kayserispor”un qapısını bu görüşdə də Kayacan Ərdoğan qoruyub. “Adanaspor”da isə Cəmşid Məhərrəmov start heyətində yer alıb. Yarımmüdafiənin mərkəzində çıxış edən Məhərrəmov yalnız qarşılaşmaya əlavə olunmuş birinci dəqiqədə əvəzlənib. Meydan sahiblərinin son dəqiqələri azlıqda keçirdiyi oyun 0:0 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, bu nəticədən sonra lider “Kayserispor” xallarının sayını 62-yə çatdırıb. “Adanaspor” isə 36 xalla 14-cü pillədə qərarlaşır. Artıq növbəti turda “Kayserispor” Superliqaya vəsiqəni, “Adanaspor” isə I liqada qalmağı rəsmiləşdirə bilər.