Cennifer Lopes mundiala hazırdı
27.02.2014 - 15:50
Cennifer Lopes mundiala hazırdı

Yayda Braziliyada təşkil olunacaq dünya çempionatı üçün rəsmi himn yazmaq şərəfinə nail olan Cennifer Lopes üzərinə düşən işin öhdəsindən artıq gəlib. Apasport.az xəbər verir ki, 45 yaşlı amerikalı müğənni DÇ-2014-ün himninin çəkilişlərini də başa vurub.

 

Klip Braziliya adət-ənənələrinə uyğun karnavallarla zəngindi. Aprelin sonunda təqdimata çıxarılacaq musiqidə Lopeslə yanaşı, dünya şöhrətli repçi Pitbull, eyni zamanda braziliyalı müğənni Klaudia Leytenin də əməyi var.
 

«Trio»nun birgə ərsəyə gətirdiyi klipin əsas çəkilişləri Florida ştatında aparılıb. Maraq üçün deyək ki, 4 il əvvəl Cənubi Afrika Respublikasında keçirilən mundialın rəsmi himni – «Vaka Vaka»nı (Waka Waka) digər bir pop-ulduz Şakira ifa etmişdi.