Cənub qonşularımız Keyruşla müqaviləni yeniləyir
11.09.2014 - 18:43
İran millisinin baş məşqçisi Karluş Keyruş komandası ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 61 yaşlı mütəxəssis daha 4 il də Cənub qonşularımızın “sükanı arxası”nda olacaq.
Portuqaliyalı çalışdırıcının yeni bağlanmış müqaviləsi 2018-ci ilin yayında bitəcək. Tərəflər arasında imzalanma mərasimi bazar günü reallaşacaq.
Qeyd edək ki, İran Futbol Federasiyası DÇ-2014-də uğursuz çıxışdan sonra Keyruşun istefa verməsini tələb etmişdi.
0
0