Çexiya – Belçika oyununda azərbaycanlı hakim
09.05.2015 - 09:16
17 yaşadək futbolçular arasında Avropa çempionatının Bolqarıstanda keçirilən final mərhələsində iştirak edən Azərbaycan hakimi Namiq Hüseynov növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, yan xətt hakimi II turun bu gün keçiriləcək Çexiya – Belçika qarşılaşmasında meydana çıxacaq.
O, bugünkü qarşılaşmada danimarkalı referi Mads Kristoffer Kristoffersenə kömək edəcək. Briqadada Finlandiya, Malta və Bolqarıstandan olan hakimlər də yer alıb.
Qeyd edək ki, Hüseynov ilk turda Rusiya – Yunanıstan matında yan xətt hakimi olub.
0
0