“Belçika və İsveçrə ilə eyni qrupa düşməməyimiz yaxşı oldu. Lakin düşünmürəm ki, Xorvatiya heç kimin düşmək istəmədiyi bu iki komandadan zəifdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli deyib.
Təcrübəli mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında AVRO-2016-nın seçmə mərhələsinin püşkatmasına münasibət bildirib.
H qrupunda Azərbaycan yığmasının rəqibi olan appeninlilərin çalışdırıcısı burada yer alan komandaları dəyərləndirib: “Əslində, bizə heç də göründüyü qədər asan qrup düşməyib. Xorvatiya və Bolqarıstan potensialına görə qrupda 1-ci ola bilər. Malta ilə DÇ-2014-ün seçmə mərhələsində oynamışıq. Bilirik ki, onlarla görüşdə asan olmayacaq. Norveçin də yaxşı komandası var. Azərbaycan millisi sürətlə inkişaf edir. Çətin qrupa düşdüyümüzü fikirləşirəm. Belə qrupdan çıxmaq üçün isə seçmə mərhələyə yaxşı hazırlaşmalıyıq”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”