Cihan Özkara 35 dəqiqə oynadı
07.11.2014 - 22:25
Bu gün Türkiyə Superliqasında IX turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günü milli komandamızın üzvü Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” “Əskişəhərspor”la üz-üzə gəlib.
Təmsilçimizin komandası evində xal itirib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu görüşdə Özkara mübarizə aparıb. O, matçın 55-ci dəqiqəsində Taouilin yerinə meydana daxil olub.
Qeyd edək ki, Sivas təmsilçisi 9 oyundan sonra xalını 6-ya çıxarıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.
0
0