Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, uzun müddət “Neftçi” komandasının heyətində çıxış etmiş Çingiz İsmayılovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, futbol ictimaiyyətinin nümayəndələri oyunçu karyerasını başa vurduqdan sonra “Neftçi” və AFFA-da rəhbər vəzifələrdə çalışmış, eləcə də Azərbaycan televiziyası və radiosunda futbol matçlarını şərh etmiş veteranı təbrik ediblər.
Tədbirdə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu çıxış edərək assosiasiyanın rəhbərliyi və futbol ictimaiyyəti adından yubilyara təbrikləri çatdırıb. Qurum rəsmisi üzərində “Çingiz İsmayılov 80” yazılmış Azərbaycan milli komandasının formasını yubilyara təqdim edib.
Mənbə: affa.az