Çixradze: İlk qarşılaşmada qol vursaydıq...
21.04.2015 - 20:31
Çixradze: İlk qarşılaşmada qol vursaydıq...

Azərbaycan kubokunun yarımfinalında “Qarabağ” səddini aşa bilməyən “Simurq” Avrokuboklar şansını möcüzəyə bağladı. Apasport.az saytının məlumatına görə, oyundan sonrakı mətbuat konfransında Zaqatala təmsilçisinin baş məşqçisi George Çixradze qarşılaşmanın gərginliyindən danışıb.

 

O, Ağdam klubu ilə hər iki oyunun çətin keçdiyini vurğulayıb: ”Kubok oyunları həmişə gərgin olur. İlk görüşdə 1:0 hesabı ilə məğlub olduq. Əgər birinci qarşılaşmada qol vursaydıq, bu gün daha rahat mübarizə aparardıq. Həmin hesab bizə açıq futbol sərgiləmək imkanı vermədi”.

 

Çixradze “Simurq”un fərqləndiyi, lakin qol olaraq qeydə alınmadığı epizoddan da bəhs edib: “Düzdü, futbolçumuz topu qapıdan keçirdi. Amma həmin epizodla bağlı konkret danışmaq çətindi. Epizoda baxmaq lazımdı. Məncə, qola daha çox oxşayır”.

 

Mənbə: PFL