ÇL-də yarımfinallar və final oyunlarının vaxtı dəyişdiriləcək
06.11.2014 - 00:15
ÇL-də yarımfinallar və final oyunlarının vaxtı dəyişdiriləcək

2022-ci ildə Qətərdə təşkil ediləcək dünya çempionatı qışda keçiriləcəyi təqdirdə, Çempionlar Liqasının yarımfinalları və finalı iyun ayıda reallaşa bilər. Apasport.az saytının məlumatına görə, bu haqda UEFA prezidenti Mişel Platini açıqlama verib.

 

O bildirib ki, burada heç bir problem yoxdur: “UEFA prezidenti kimi mən bunda problem görmürəm. Çempionlar Liqası üçün bu, problem olmayacaq. Biz iyunda iki yarımfinal və final oyunu keçirə bilərik. Mən işçi qrupunun iclasında yox idim, amma bilirəm ki, qərar doğru ola bilər”.

 

Platini 2022-ci ildə keçirləcək qış Olimpiadası ilə dünya çempionatının potensial kəsişməsi haqqında suala da cavab verib: “FİFA Beynəlxalq Olimpiya Komitəsi ilə münaqişə etmək istəmir, amma onlar dünya futbol üçün ən yaxşı qərar tapmaq istəyir. Biz bundan uzaq deyilik”.

 

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalları və final matçları adətən aprelin sonunda və mayın əvvəlində keçirilirdi. Hazırda isə DÇ-2022-nin qışda təşkil edilməsi gündəmə gəlib.