Co Harta “Qızıl əlcək” verdilər
24.05.2015 - 22:46
Co Harta “Qızıl əlcək” verdilər

“Mançester Siti”nin qapıçısı Co Hart “Qızıl əlcək” mükafatına layiq görülüb. Apasport.az saytının məlumatına görə, Hart bu mövsüm qapısını hamıdan çox, 14 dəfə toxunulmaz saxlamağı bacarıb.

 

Qeyd edək ki, İngiltərə milli komandasının qapıçısı karyerasında 4-cü dəfə bu mükafatı qazanaraq rekorda imza atıb.

 

Harta qədər isə Pepe Reyna və Peter Çex üç dəfə bu mükafata layiq görülüb.