[b]Corco Kyellini: 1:1 hesabı ədalətsiz nəticə olardı [/b]
11.10.2014 - 00:50
“Azərbaycan yığmasına qarşı yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin müdafiəçisi Corco Kyellini deyib.
“Yuventus” klubunun formasını geyinən futbolçu AVRO-2016-nın seçmə mərhələsində millimizi 2:1 hesabı ilə məğlub etdikləri oyuna şərh verib: “1:1 hesabı ədalətsiz nəticə olardı. Sevinirəm ki, 3 xalı qazandıq. Əgər 3 xal qazana bilməsəydik, çəkdiyimiz əziyyət yerdə qalacaqdı. Düşünürəm ki, Malta ilə matçı artıq düşünmək olar”.
Qeyd edək ki, matçda vurulan hər 3 qolun müəllifi Corco Kyellini olub.
0
0