Dağıstan prezidenti Eto’Onu mükafatlandıracaq
25.02.2014 - 23:26
Dağıstan prezidenti Eto’Onu mükafatlandıracaq

Dağıstan prezidenti Ramazan Abdulatipov “Anji”nin (Maxaçqala) sabiq futbolçusu Samuel Eto’Onu respublika qarşısındakı xidmətlərinə görə mükafatlandıracaq. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

 

Belə ki, hazırda London “Çelsi”sində çıxış edən təcrübəli hücumçu 3 qol vurduğu “Mançester Siti” matçından sonra “Mən İngiltərə Premyer Liqasında het-trik” edən ilk dağıstanlıyam” demişdi. Bu hadisədən sonra dövlət başçısı Eto’Onu mükafatlandırmaq qərarına gəlib.

 

Qeyd edək ki, 2011-2013-cü illər ərzində “Anji”də çıxış etmiş ulduz futbolçu 72 oyun keçirib və 36 qol vurub.