Daha bir futbolçu “Mançester Yunayted”in təklifini qəbul etmədi
16.06.2015 - 00:17
Daha bir futbolçu “Mançester Yunayted”in təklifini qəbul etmədi

Almaniya milli komandasının yarımmüdafiəçisi Bastian Şvaynştayqer klubunu dəyişməyəcək. Apasport.az saytının məlumatına görə, bir neçə müddətdi gələn təkliflər haqqında düşünən futbolçu son anda “Bavariya”nın xeyrinə qərar qəbul edib.

 

Futbolçu bu barədə klub rəhbərliyinə də məlumat verib.

 

Xatırladaq ki, Şvayni ilə Avropanın bir sıra öndə gələn klubları, xüsusilə də “Mançester Yunayted” ciddi maraqlanırdı.