Daha bir il İtaliyada oynayacaq
08.04.2015 - 21:27
Daha bir il İtaliyada oynayacaq

Mohammed Salah daha bir mövsüm İtaliyada top qovacaq. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Fiorentina”da onunla  icarə müqaviləsini daha bir il uzadıb.

 

Yanvarda “Çelsi”dən Florensiya klubuna cəlb olunan futbolçunun uğurlu oyunu, komanda rəhbərliyinin diqqətini çəkdiyindən, artıq onun üçün 1.5 milyon funt-sterlinq ödənildiyi bildirilir. Bu mövsüm 13 matçda 7 qol vuran Salahla müqavilənin yenidən uzadılması ehtimalı da var.  

 

Qeyd edək ki, “Çelsi”yə məxsus istedadlı oyunçu 2011-ci ildə “Bazel”dən 11 milyon funt-sterlinqə transfer olunub.