“Qalatasaray”ın və Türkiyə milli komandasının müdafiəçisi Semih Kaya “İnter”in hədəfindədir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Qalatasaray”ın keçmiş baş məşqçisi Roberto Mançinin israrla istədiyi müdafiəçi üçün Milan klubu “sarı-qırmızılar”a 6 milyon avro təklif edib.
Futbolçunun meneceri Fazıl Özdemir də “fcintrnews” saytına verdiyi açıqlamada mümkün transfer haqqında mövsümün sonunda danışa biləcəklərini deyib. Əsas qərarı 24 mayda vəzifəyə başlayacaq yeni rəhbərliyin verəcəyini bildirən menecer, hazırda Semihin bütün diqqətini kuboka və Super Liqaya verdiyini qeyd edib.
Əgər razılıq əldə olunsa və bu keçid baş tutsa Semih Kaya Hakan Şükür, Əmrə Bəlözoğlu və Okan Burukdan sonra “İnter”ə keçən dördüncü futbolçu olacaq.