Daha bir ulduz futbolçu Çinə yollanır
30.06.2015 - 23:51
Daha bir ulduz futbolçu Çinə yollanır

Braziliyalı ulduz futbolçu Robinyo “Santos”dan ayrılıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub prezidenti Modesto Roma açıqlama verib.

 

Klub başqanı yeni müqavilənin şərtlərində razılaşa bilmədikləri üçün oyunçu ilə yollarının ayrıldıqlarını deyib.

 

Braziliyanın “Globo Esporte” nəşri isə 31 yaşlı futbolçunun Çinə yollanacağını iddia edib. Bildirilir ki, hücumçu ilə Luis Felipe Skolarinin çalışdırdığı “Quançjou Everqrand” klubu maraqlanır.