Dani Alveş "Qalatasaray"ın transfer hədəfində
08.06.2015 - 08:40
Dani Alveş "Qalatasaray"ın transfer hədəfində

“Barselona” ilə müqaviləsi bu ayın sonunda bitəcək Dani Alveş Türkiyədən təklif alıb. Apasport.az saytı xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə “Qalatasaray” yaxından maraqlanır.

 

Türkiyə çempionu “sambaçı”ya rəsmi təklif göndərməyə hazırlaşır.

 

Ancaq “aslan”ın bu arzusu həyata keçməyə bilər. Çünki Alveşin karyerasını Avropanın ən güclü çempionatlarından birində davam etdirmək istədiyi, Türkiyəyə köçmək arzusunda olmadığı bildirilir.

 

Qeyd edək ki, Alveş 2008-ci ildən “Barselona”nın formasını geyinir.