Danışılmış oyunlarla bağlı təqdimat
20.03.2015 - 19:42
Danışılmış oyunlarla bağlı təqdimat

Martın 17-dən etibarən Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupunun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Rəmiş Malıyev qrup oyunlarında iştirakçıları ilə görüşüb.

 

O, Azərbaycan, Xorvatiya, Serbiya və Portuqaliya komandalarının üzvləri üçün danışılmış oyunlarla bağlı təqdimatla çıxış edib. Təqdimatın əsas məqsədi gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdir.

 

Mənbə: affa.az