“Dünənki oyunda fərqləndiyim üçün şadam. Matçdan öncə demişdim ki, qol vursam, sevinməyəcəm. Amma oyunda elə emosional ab-hava yaranmışdı ki, özümü saxlaya bilmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri PSJ klubunun braziliyalı futbolçusu David Luis deyib.
Təcrübəli müdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində sabiq komandası “Çelsi”yə vurduğu qolun sevincini qeyd etdiyinə üzr istəyib: “Çelsi” azarkeşlərinə dəstəyə görə minnətdaram. Vurduğum qolu bayram etdiyimə görə isə onlardan üzr istəyirəm. Amma “Çelsi”də karyeram artıq başa çatıb və indi PSJ-nin uğurları üçün çalışıram. Əla oyun keçirdik. Azlıqda qalmağımıza baxmayaraq, mərhələ adlamağı bacardıq”.
Qeyd edək ki, Londonda qeydə alınan 2:2 hesablı nəticə PSJ-ni növbəti mərhələyə daşıyıb.