Braziliyada keçirilən dünya çempionatının 1/8 final mərhələsinin 3 iştirakçısı məlum olub. Apasport.az saytının məlumatına görə, A, B və C qruplarında baş tutan II turun qarşılaşmalarından sonra 3 komanda ilk 2 yerdən birini təmin edib.
B qrupunda həyəcanın bitdiyini də demək olar. Çünki Hollandiya və Çili növbəti mərhələyə yüksəlib. Növbəti tur bu komandalardan hansının birinci yeri tutacağını müəyyənləşdirəcək.
C qrupunda isə Kolumbiya bu işin öhdəsindən gəlib. Hər 2 görüşdə qələbə qazanan cənubi amerikalıların 16 komanda sırasına yüksələcəyi dəqiqləşib.
Bu xoşbəxtlərdən fərqli, 3 yığma isə mundialla vidalaşıb. A qrupunda Kamerun, B qrupunda isə son dünya çempionu İspaniya ilə yanaşı, Avstraliya da növbəti turdan sonra vətəninə qayıdacaq. Çünki bu millilər keçirdikləri hər 2 görüşü məğlub başa vurublar.
Qeyd edək ki, qrup mərhələsinə iyunun 27-də yekun vurulacaq və 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək.