Final mərhələsində ilk dəfə 48 komandanın iştirak edəcəyi DÇ-2026-nın ev sahibliyinə yeni iddiaçılar üzə çıxıb. Apasport.az saytının məlumatına görə, İspaniya, Portuqaliya və Mərakeş mundiala birgə təşkilatçılıq etmək niyyətindədi.
4 dəfə - 1994, 1998, 2006 və 2010-cu illərdə DÇ-ni qəbul etməyə namizədliyini irəli sürüb, hər dəfə uduzan Mərakeş bu dəfə Avropa ölkələrinə qoşulmaq qərarına gəlib. FİFA və KAF-ın (Afrika Futbol konfederasiyası) da bu ideyanı dəstəklədiyi bildirilir.
Qeyd edək ki, dünya çempionatları tarixində yalnız bir dəfə mundiala 2 ölkə ev sahibliyi edib. DÇ-2002 Asiya ölkələri Yaponiya və Cənubi Koreyada baş tutub.