De Sanktisin əvəzləyicisi Kasilyas ola bilər
27.06.2015 - 23:34
De Sanktisin əvəzləyicisi Kasilyas ola bilər

Madrid “Real”ının və İspaniya yığma komandasının qapıçısı İker Kasilyasın gələcək karyerası haqqında iddialar artmaqdadı. Apasport.az saytının “AS” nəşrinə istinadən məlumatına görə, qapıçı ilə “Roma” maraqlanır.

 

“Roma”nın hazırkı qapıçısı Morqan de Sanktis böyük ehtimalla artıq karyerasını bitirəcək. 38 yaşlı qapıçı klubla vidalaşmağa hazırlaşır.

 

Romalılar isə onun yerini 34 yaşlı Kasilyasla doldurmaq fikrindədi.

 

Qeyd edəki ki, İspaniya milli komandasının da şərəfini qoruyan qolkiper ötən mövsüm “Real Madrid”lə meydana çıxdığı 32 oyunda qapısında 32 qol görüb.