Del Pyero və Trezeqe Hindistan çempionatında debüt etdi
15.10.2014 - 00:33
İtaliya millisinin sabiq futbolçusu Alessandro Del Pyero və David Trezeqe Hindistan Superliqasında debüt ediblər. Apasport.az saytının məlumatına görə, 39 yaşlı italyanın komandası “Dehli Dinamos”la Fransa yığmasının keçmiş üzvünün formasını geyindiyi “Puna Siti” üz-üzə gəlib.
Oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
AVRO-2000-nin mükafatçısı Trezeqe meydana start heyətdə daxil olub. Del Pyero qarşılaşmanın 37-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, ilk dəfə orijinal düstur üzrə keçirilirən Hindistan çempionatı dekabrın 20-də başa çatacaq.
0
0