Demba Ba “Beşiktaş”dan ayrılır
19.06.2015 - 22:58
İstanbulun “Beşiktaş” klubu hücumçu Demba Ba ilə yollarını ayırıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, seneqallı forvet Çin klubu “Şanxay Şensua”ya satılıb.
“Qara qartallar” bu keçiddən 14 milyon avro qazanacaq. Məlumatlı mənbə iddia edir ki, Demba Ba özü isə Çində illik 6 milyon avro qazanacaq.
Qeyd edək ki, seneqallı futbolçunun Türkiyə klubu ilə daha 3 il müqaviləsi qalmışdı, ulduz futbolçu İstanbulda illik 2.5 milyon avro qazanırdı.
Transfer haqqında 2 gün ərzində rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
0
0