Dənizlinin gözü onda
30.01.2014 - 11:46
Dənizlinin gözü onda

Qış fasiləsində “Xəzər Lənkəran” klubuna təklif olunan daha iki futbolçunun kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, onlardan biri rumıniyalı, digər isə danimarkalıdır.

 

Rumıniyalı Erik Bikfalvi transfer dəyəri olduqca yüksək olduğundan cənublulara lazım olmayıb. Hazırda Ukraynanın “Volın” klubunda çıxış edən 25 yaşlı pleymeykerdən fərqli, danimarkalı Tomas Daalqard isə diqqətdə saxlanılacaq.

 

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli cari çempionatda “Viborq”un heyətində 12 qol vuran və Danimarka çempionatında bombardirlik yarışında liderlik edən 29 yaşlı hücumçunu növbəti mövsüm üçün sərəncamında görmək istəyir.

 

Qeyd edək ki, pleymeyker axtarışında olan “Xəzər Lənkəran” istədiyi oyunçunu Braziliyada tapıb. Müqavilə ilə Braziliyanın “Atletiko Paranaense” klubuna məxsus olan Elias Ribeyro de Oliveyranın bu gün Bakıya gələcəyi gözlənilir.