Derbiöncəsi Tottiyə pis xəbər
02.11.2015 - 21:23
Derbiöncəsi Tottiyə pis xəbər

Françesko Totti İtaliya A seriyasının XII turu çərçivəsində baş tutacaq Roma derbisində iştirak edə bilməyəcək. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, bir müddətdi zədədən əziyyət çəkən veteran kapitanın “Latsio” ilə oyuna qədər sağalacağı proqnozlaşdırılırdı.

 

Ancaq 39 yaşlı futbolçunun bu arzusu reallaşmayıb. Onun ən yaxşı halda noyabrın 21-də “Boloniya”ya qarşı matçda meydana çıxacağı gözlənilir.