Derlis Meza-Kolli: Onların çox uzağa getməsinə icazə verməməliyik
19.11.2014 - 11:51
Derlis Meza-Kolli: Onların çox uzağa getməsinə icazə verməməliyik

“Bir neçə oyundu ki, qələbəyə həsrətik. Ona görə də “Xəzər Lənkəran”la qarşılaşma vacib matç olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in yarımmüdafiəçisi Derlis Meza-Kolli deyib.

 

Topaz Premyer Liqasının XII turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “bankirlər”in futbolçusu qarşılaşma haqqında fikirlərini bildirib. O qeyd edib ki, cənubluların son oyunlarda uğurlu nəticə qazanması onlar üçün təhlükə yaradır: “Rəqib heç də asan komanda deyil. Onlar çempionatın iddialılarından biridi. Bu mövsüm yaxşı oyun göstərirlər. Bir neçə matçların baxmışıq və necə oynadıqlarını gördük. Son oyunlarda da uğurlu nəticə qazanmaqları bizim üçün təhlükə yaradır. Çünki əhval-ruhiyyəsi yaxşı olan komanda matça daha yaxşı motivasiya olmağı bacarır. Biz də belə bir rəqibi məğlub etmək istəyirik. Fikrimcə, onlara qalib gəlsək, bu əla nəticə olacaq”.

 

Meza-Kolli “İnter”in qələbəsizlik seriyasını bu matçda qıracaqlarına ümid edir: “Son 5 oyunda ancaq heç-heç etmişik. Ən pisi də odu ki, cəmi 1 qol vura bilmişik. “Xəzər Lənkəran”la matçda qol vurub, qələbə qazanmaq lazımdı. Çünki rəqiblərin bizdən çox uzağa getməsinə icazə verməməliyik. Bir sözlə, bizim üçün çətin və gərgin oyun olacaq”.

 

Qeyd edək ki, “İnter” – “Xəzər Lənkəran” oyunu sabah “İnter Arena”da baş tutacaq və saat 18:00-da start götürəcək.