Devid Moyes İspaniya klubunda!
09.11.2014 - 19:48
Devid Moyes İspaniya klubunda!

İspaniyanın "Real Sosyedad" klubunun yeni baş məşqçisinin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, bundan sonra komandaya "Mançester Yunayted"in sabiq çalışdırıcısı Devid Moyes rəhbərlik edəcək.

 

"Real Sosyedad" 51 yaşlı mütəxəssislə sabah 2017-ci ilə qədər müqavilə imzalanacaq. O, yeni klubunda ilinə 2 milyon avro qazanacaq.

 

Beləliklə, şotlandiyalı mütəxəssis klub tarixinin ən yüksək ödənişli baş məşqçisi olacaq.

 

Qeyd edək ki, daha əvvəl "Real Sosyedad"ın baş məşqçisi Yakob Arrasateni olub.