Deyan Lovren Azərbaycana qarşı oynamayacaq
09.10.2014 - 11:55
Xorvatiya milli komandasının müdafiəçisi Deyan Lovren zədələnib. Apasport.az xəbər verir ki, futbolçu yığma komandasının qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.
O, milli komandasının AVRO-2016-nın seçmə mərhələsində Bolqarıstana və Azərbaycana qarşı keçirəcəkləri matçlarda meydanda olmayacaq.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu oktyabrın 13-də Osiek şəhərində keçiriləcək.
0
0