“Mançester Yunayted”in argentinalı yarımmüdafiəçisi Anxel di Mariya İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk turlarını buraxa bilər. Apasport.az saytı xəbər verir ki, buna səbəb 27 yaşlı futbolçunun zədələnməsidi.
Di Mariya Amerika Kubokunun finalında Çili ilə görüşdə dizaltı vətərindən zədələnib. Bu səbəbdən təcrübəli xavbek matçın 28-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb.
Tibbi müayinədən sonra di Mariyanın zədəsinin ciddi olduğu aşkarlanıb. Həkimlər onun ən tezi 1 aydan sonra yaşıl meydanlara dönəcəyini bildiriblər.
Bu səbəbdən onun Premyer Liqanın I turu çərçivəsində avqustun 8-də “Tottenhem”lə matçda iştirakı sual altındadı.