“Mançester Yunayted”in argentinalı futbolçusu Anxel di Mariya karyerasını yenidən İspaniyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, əvvəllər Madrid “Real”ında oynamış 27 yaşlı futbolçu “Barselona”nın maraq dairəsinə düşüb.
Kataloniya klubu di Mariyanı transfer etməkdə israrlıdı. Qeyd edək ki, “Barselona” təcrübəli futbolçu ilə illər öncə də maraqlanırdı. Lakin həmin vaxt di Mariya “Real”a keçməyi üstün tutmuşdu.
“Barselona” bu dəfə istəyinə çatmaq üçün rəqabətdən qalib ayrılmalıdı. Belə ki, Argentina yığmasının üzvü ilə həmçinin “Bavariya”, “Mançester Siti” və PSJ klubları da danışıq aparırlar.