Di Matteo qovuldu
24.05.2015 - 20:56
Di Matteo qovuldu

“Şalke”nin baş məşqçisi Di Matteo istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, Almaniya Bundesliqasının son turunda “Hamburq”a 0:2 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi italiyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.

 

Mövsümün nəticələrinə görə, helzenkihenlilər çempionatı 6-cı pillədə bitiriblər.

 

Xatırladaq ki, 44 yaşlı baş məşqçi “Şalke”yə 2014-cü ilin oktyabr ayından rəhbərlik edirdi.