Di Natale qərarını dəyişdi
23.06.2015 - 21:29
“Udineze”nin veteran futbolçusu Antonio Di Natale daha bir il klubda qalmağa qərar verib. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, ötən mövsümdən karyerasını bitirməyə qərar vermiş hücumçu daha bir il oynamağa özündə güc tapıb.
Onun bu qərarı klub rəhbərliyi tərəfindən də məmnunluqla qarşılanıb.
Qeyd edək ki, 37 yaşlı Di Natale 2004-cü ildən çıxış etdiyi “Udineze”də ümumilikdə 362 oyunda meydana çıxıb və 189 qola imza atıb.
0
0