Dias “Fiorentina” matçını buraxacaq
26.02.2014 - 01:58
“Latsio”nun təcrübəli müdafiəçisi Andre Dias növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.
Belə ki, 34 yaşlı futbolçu sol budundan xəsarət alıb. Komanda həkimlərinin verdiyi məlumata görə, o, təxminən 20 gün yaşıl meydanlardan uzaq qalacaq. Bununla da onun növbəti “Fiorentina”, “Atalanta”, “Kalyari” matçlarında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Braziliya millisinin də üzvü olan Dias 2010-cu ildə ölkəsinin “Sou Paolo” klubundan İtaliya təmsilçisinə keçib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0