“Çelsi”nin keçmiş hücumçusu Didye Droqba “Marsel”ə qayıdacağı ilə bağlı xəbərləri təkzib edib. Apasport.az saytının “Eurosport”a istinadən məlumatına görə, ulduz futbolçu bunun səbəbinin maddi məsələlər olmadığını bildirib:
“Marsel”ə qayıtmaq istəmirəm. Məsələ pulda deyil. İstəyirəm elə bir kollektivdə çıxış edim ki, onların gələcəyə aid layihələri olsun. Yaxşı bilirəm ki, indi onlar o əzmdə deyillər”.
Sadəcə oynamaq xətrinə hansısa kluba getmək istəmədiyini deyən Droqba mütləq hədəfləri olan bir komandada çıxış edəcəyini bildirib:
“Onlar ən yaxşı oyunçularını Andre Ayunu, Jinyakı satdılar, bilirəm ki, ciddi hədəfləri yoxdu. Ancaq mən 10 il ərzində yalnız bir məqsədlə çıxış etmişəm, oynadığım komandada qalib psixologiyası olmalıdı. Hər dəfə transfer zamanı gələndə haqqımda müxtəlif söz-söhbətlər gəzir. Azarkeşlər də bilsinlər ki, mənim əsas hədəfim pul deyil”.