“Atletiko”nun ulduz futbolçusu Dieqo Kosta növbəti turdakı (2 mart) “Real”la keçirəcəkləri Madrid derbisi ilə bağlı açıqlamalar verərkən İspaniya La Liqasındakı çempionluq şanslarını da dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu heç bir zaman çempionluğa namizəd olmadıqlarını deyib:
“Bir matç üçün həyəcanımızı itirəcək deyilik. Əgər “Real”la oyunda məğlub olarsaq, çempionluq şansımız çox çətinləşəcək, amma səmimi desəm, heç bir zaman çempionluğa namizəd olmamışıq. Biz hamıya qarşı mübarizə aparan yaxşı komandayıq. Əgər qalib gəlsək, yenidən mübarizədə olacağımızı bilirik. Bu matça çempionluq mübarizəsindəki son fürsət kimi çıxacağıq”.
Qeyd edək ki, İspaniya millisinin də üzvü olan Kosta 2010-cu ildə “Valyadolid”dən “Atletiko”ya keçib. Onun Madrid klubu ilə müqaviləsi 2018-ci ildə başa çatacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”