Dieqo Simeone: “Latsio”da işləyə bilərəm
06.05.2015 - 19:20
Dieqo Simeone: “Latsio”da işləyə bilərəm

Hazırda Madridin “Atletiko” klubunun baş məşqçisi olan argentinalı mütəxəssis Dieqo Simeone “Latsio”da çalışmaq perspektivindən danışıb. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına açıqlama verən mütəxəssis Romada çoxlu dostlarının olduğunu və orda çalışmaqdan məmnun olacağını bildirib:

“Həyat qəribədir, necə ki uzun zamandan sonra mən ruhumla bağlı olduğum kluba – “Atletiko”ya gəldim, eləcə də bir gün mənə əziz olan başqa bir komandada - “Latsio”da da işləyə bilərəm. Əminəm ki, nə vaxtsa bu reallaşacaq”.

 

Xatırladaq ki, argentinalı baş məşqçi 1999 – 2003-cü illər aralığında “Latsio”nun şərəfini qoruyub.