Dimitri Nazarov oynadı, komandası kubokla vidalaşdı
29.10.2014 - 01:21
Dimitri Nazarov oynadı, komandası kubokla vidalaşdı

Almaniya kubokunda 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dimitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” də meydana çıxıb.

 

Səfərdə “Offenbak”la qarşılaşan təmsilçimizn komandası görüşdə rəqibnə minimal hesabla (1:0) uduzub və kubokla vidalaşıb.

 

Qeyd edək ki, Almaniya II Bundesliqasının XI turunda  "Sankt-Pauli (4:0) ilə matçda zədə səbəbindən meydana çıxa bilməyən Nazarov bu oyunda şans əldə edib. O, 73-cü dəqiqədə Peyitsin əvəzinə meydana daxil olub.