Dmitri Nazarov Malta ilə oyunöncəsi xal itkisi ilə üzləşdi
22.03.2015 - 19:47
Dmitri Nazarov Malta ilə oyunöncəsi xal itkisi ilə üzləşdi

Almaniya II Bundesliqasında XXV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” növbəti matçına çıxıb.

 

Təmsilçimizin komandası doğma publika önündə “Kayzerslautern”la üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə başa çatıb.

 

Yığmamızın AVRO-2016-nın seçmə mərhələsində keçirəcəyi Malta ilə oyunöncəsi Nazarov bu dəfə matçın 41-ci dəqiqəsində meydana çıxıb.


Qeyd edək ki, xal itkisi ilə üzləşən “Karlsrue” 44 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.