Dododan şad xəbər: AZAL-la oyuna hazır olacaq
16.03.2015 - 15:24
Dododan şad xəbər: AZAL-la oyuna hazır olacaq

“Qəbələ” yarımmüdafiəçisi Dododan şad xəbər alıb. Klubdan apasport.az saytına verilən məlumatına görə, bu yaxınlarda Türkiyədə müayinə olunan braziliyalı futbolçunun zədəsinin ciddi olmadığı üzə çıxıb.

 

Dodonun əzələsində yırtıq aşkarlanmadığından, futbolçu yügül müayinə ilə zədəsini sağalda biləcək. Milli komandanın iştirakı ilə yaranacaq fasilədən sonrakı ilk turda “Qəbələ”nin istirahət etməsi də şimallılar üçün göydəndüşmə olub. Çünki o vaxta qədər ölkəsi Braziliyada zədəsini sağaltmaqla məşğul olacaq Dodo artıq Premyer Liqanın XXVIII turunda məşqçilər korpusunun ixtiyarında olacaq.

 

Qeyd edək ki, XXVIII turun oyunlarının aprelin 5-də keçirilməsi nəzərdə tutulur və “Qəbələ” həmin vaxt AZAL-ın qonağı olacaq.